Narkotikdən istifadə edən gənclər olsa da satışını təşkil edənlər arasında valideyn olmuş şəxslər də var. Acınacaqlı odur ki, bəzi valideynlər öz övladlarından narkokuryer kimi istifadə edir.
Sitat.info xəbər verir ki, belə hadisəlrədən biri Azərbaycanda qeydə alınıb. Belə ki, qadın 13 yaşlı qızını narkokuryerliyə cəlb edib.
Həmin qadın polis əməkdaşlarının keçirdiyi əməliyyat zamanı ələ keçib. Onun barəsində müvafiq həbs qərarı çıxıb.
13 yaşlı qız isə mənəvəi psixoloji durumunu öyrənmək və qayğı göstərmək məqsədilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə müraciət olunub.
Ətraflı İTV-nin hazırladığı videomaterialda izləyə bilərsiniz:
/Manset.az