Azər Zahid Qaziylə DALAŞDI - Hüquq-mühafizə orqanlarına ŞİKAYƏT EDƏCƏK - QALMAQAL

13:09 27 İyul 2022

Teleaparıcı Azər İsmayılovun (Azər Zahid) Qazi Amil Əliyevə qarşı etdiyi qeyri-etik hərəkət cavabsız qalmayıb.

Sitat.info-nun əldə etdiyi məlumata görə, Qazi baş leytenant Pərvin Abdullayev A.İsmayılova zəng edərək, kəskin etirazını bildirib. Bundan sonra tərəflər arasında dava yaranıb. Teleaparıcı Qazini hüquq-mühafizə orqanlarına şikayət edəcəyi ilə hədələyib.

Qeyd edək ki,  Azər İsmayılovun sosial şəbəkədə yayılan videosu tənqid edilib. İsmayılov TikTok-da canlı yayımda yığılan məbləği qazilərə vermək üçün onlarla bir araya gəlib.

Gözdən əlil qazi Amil Əliyevə zərfi verən Azər "Onsuz saya bilməyəcəksən" sözlərini deyib. Aparıcının  bu qeyri-etik ifadəsi sosial şəbəkədə sər şəkildə tənqid olunub.

Qeyd edək ki, Amil İkinci Qarabağ müharibəsində yaralanıb və iki gözünü itirib. 22 yaşlı Amil düşmən postunda minaya düşərək ağır yaralanıb və 3 gün komada qalıb.



Xəbər xətti