İngiltərədən Rusiyaya yeni sanksiya: Aralarında Ədliyyə Naziri də var!

15:45 27 İyul 2022

Britaniya Ukraynaya hücumlarına görə sanksiyalar siyahısına Rusiyanın Ədliyyə naziri Konstantin Çuyçenko, onun müavini Oleq Sviridenko ilə 29 rus qubernatoru da daxil olmaqla 42 ad əlavə edib.
Sitat.info xəbər verir ki, İngiltərə Rusiyanın Ukraynaya müdaxiləsinə cavab olaraq Rusiyaya qarşı sanksiyaları genişləndirib.

İngiltərə Rusiyanın işğalını asanlaşdıran, Donetsk və Luqanska pul köçürməklə Ukraynadan torpaq almağa cəhd etdikləri üçün Rusiya vilayət qubernatorlarına qarşı sanksiyalar tətbiq olunduğunu açıqlayıb.

Ukraynanın Luqansk və Donetsk vilayətlərindəki “zalım rus məmurları” da daxil olmaqla, Rusiya üzrə 29 vilayət qubernatora qarşı sanksiyalar tətbiq edilib.

İngiltərənin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalara ümumilikdə 42 yeni adın əlavə edildiyini açıqlayan İngiltərə Xarici İşlər Nazirliyi, bu şəxslərə səyahət qadağası qoyulduğunu və mal varlıqlarının dondurulduğunu bildirib. Rusiya Ədliyyə Naziri Konstantin Çuyçenko və Ədliyyə Nazirinin müavini Oleq Sviridenkonun siyahıya əlavə edilən əsas adlar arasında olduğunu bildirən Xarici İşlər Nazirliyi, “Hər ikisi müharibəyə qarşı çıxan Rusiya vətəndaşlarını hədəfə alaraq, onların ifadə azadlığını boğurlar” - deyə, bildirib.

Rusiyalı oliqarxın yaxın qohumları da sanksiya siyahısındadır.

Xarici İşlər Nazirliyi, həmçinin ötən ilin martında İngiltərə tərəfindən sanksiya tətbiq edilən rusiyalı milyarder Əlişir Usmanovun iki qardaşı oğlunun da siyahıya daxil edildiyini açıqlayıb və əlavə edib: “Kremllə sıx əlaqələri olan böyük rusiyalı oliqarx Əlişir Usmanovun qardaşı oğlu Səncər və Sərvər İsmayılova da sanksiya tətbiq edildi".

Bildirilib ki, Sərvər və Səncər İsmayılovların İngiltərədə əhəmiyyətli səviyyədə  mülkləri olub.
Donetsk Xalq Cümhuriyyətlərinin Baş naziri Vitali Xotsenko və birinci vitse-prezident Vladislav Kuznetsovun da sanksiya siyahısına daxil edildiyini qeyd edən Britaniya, “Xotsenko və Kuznetsov Rusiyanın işğal olunmuş bölgələrdəki siyasətini həyata keçirmək üçün göndərilib, Putinin Ukraynaya qeyri-qanuni şəkildə daha da ilhaq etmək və işğallarını qanuniləşdirmək üçün saxta referendumlardan istifadə etmək planlarını dəstəkləyiblər" deyə, bildirib.

“Ukrayna qalib gələnə qədər sanksiyaları davam etdirəcəyik”

Xarici İşlər Naziri Liz Truss verdiyi açıqlamada, "Biz səssiz qalmayacağıq və Kremlin təyin etdiyi aktyorların Ukrayna xalqını və ya öz xalqının azadlıqlarını boğmasın izləməyəcəyik. Ukrayna qalib gələnə qədər Putinin qanunsuz işğalını qanuniləşdirməyə çalışanlara qarşı sərt sanksiyalar tətbiq etməyə davam edəcəyik" - deyib.
İngiltərə fevralın 24-dən bəri 100-dən çox şəxsə və 100-dən çox təşkilata sanksiya tətbiq edib.

Xarici İşlər Nazirliyi vurğulayıb ki, İngiltərə fevralın 24-dən bu yana Ukraynaya qarşı işğalçı hücumlarını davam etdirən Rusiyaya qarşı Qərb sanksiyalarına rəhbərlik etməyə çalışır.

Bildirilib ki, sanksiyaya məruz qalanlar arasında tanınmış siyasətçilər, tanınmış iş adamları və şirkətlər hədəfə alınıb.

Ləman Sərvanqızı

SİTAT.İNFO



Xəbər xətti