ABŞ ordusu snayperləri aşkar etmək üçün süni intellektdən istifadə edəcək
Pentaqon süni intellektə əsaslanan snayper aşkarlama sistemini sınaqdan keçirəcək. Məlumata görə, sistem Cənubi Dakotadakı Ellsvort Hərbi Hava Qüvvələri bazasında təhlükəsizlik kamerası sistemində istifadə edilən proqram təminatı əsasında qurulacaq.
Bildirilir ki, sistem atəşin qarşısını almaq üçün atıcıya doğru onu kor edən lazer şüası yönəldəcək. Döyüş zamanı isə o, həqiqi silahları snayperə yönəldə biləcək.
Mənbə: gazeta.ru