İyulun 28-də Samux ərazisində zəlzələ qeydə alınıb.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən “Sitat.info”ya verilən məlumata görə, yeraltı təkanlar saat 03:48-də Gəncə stansiyasından 44 km şimalda Samux ərazisində qeydə alınıb. Zəlzələnin ocağı 18 kilometr dərinlikdə yerləşib.
Zəlzələnin maqnitudası 4.1-ə bərabər olub. Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, Zəlzələ hiss olunmayıb.