Beyləqanda partlayış olub - Xəsarət alan var

09:47 28 İyul 2022

Beyləqan rayonunda metal qəbulu məntəqəsində partlayış olub.

“Sitat.info” xəbər verir ki, rayonun Birinci Şahsevən kəndində 1979-cu il təvəllüdlü Fəxrəddin Quliyev məntəqəyə qəbul edilmiş qaz balonunu qaynaq aparatı ilə kəsərkən partlayış baş verib. Nəticədə o, ağır bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.



Xəbər xətti