Prezident Volodimir Zelenski ukraynalıları bir il əvvəl əsasını qoyduğu bayram - Ukraynanın Dövlətçilik Günü münasibətilə təbrik edib.
Sitat.info xəbər verir ki, bu münasibətlə dövlət başçısı sosial şəbəkələrdə vətənpərvərlik mövzusunda videomüraciət yayıb.
"Narahat səhər. Yenə - raket terroru. Biz təslim olmayacağıq. Vaz keçməyəcəyik. Bizi qorxutmaq alınmayacaq. Ukrayna müstəqil, azad, bölünməz dövlətdir. Həmişə belə olacaq. Tale mütləq bizə gülümsəyəcək”, - deyə Zelenski videonun altında yazıb.
Prezident əmindir ki, dövlətçiliyi qorumaq üçün ukraynalıların birləşmələri vacibdir:
"Bizim böyük ailəmizi Ukraynanın dövlət rəmzləri ailəsi birləşdirir. Bunlar üç qardaşdır: Ukraynanın Dövlət Bayrağı, Dövlət Gerbi və Dövlət Himni. Məncə, təkcə bayramı qeyd etmək üçün deyil, dövlətçiliyin yaranması, həm də onu qoruyub saxlamaq üçün birləşmək çox vacibdir”.
Qeyd edək ki, bu gün, iyulun 28-də Ukrayna ilk dəfə olaraq Ukraynanın Dövlətçilik Gününü qeyd edir. Ötən il Zelenski Dövlətçilik Gününün təsdiqi ilə bağlı müvafiq fərman imzalayıb. 2022-ci il mayın 31-də o, iyulun 28-i Ukraynanın Dövlətçilik Gününü dövlət bayramı kimi təyin edən qanun qəbul edib.
Nərgiz,
SİTAT.İNFO