Blinken açıqladı: ABŞ və Rusiya arasında kritik təmas!

12:19 28 İyul 2022

ABŞ-ın Xarici İşlər Naziri Antoni Blinken yaxın günlərdə Rusiyanın Xarici İşlər Naziri Sergey Lavrovla telefon danışığı aparacağını açıqlayıb.

SİTAT.İNFO  xəbər verir ki, bu görüş Rusiyanın Ukraynaya hücumlarının başlamasından sonra iki nazir arasında ilk görüş olacaq.
Blinken mətbuat konfransında, Lavrovla telefon danışığından bəhs edib, amerikalı qadın basketbolçu Brittney Griner və ABŞ-ın keçmiş əsgəri Paul Whelan-ı gətirmək üçün "həftələr əvvəl" Rusiyaya təqdim edilən "əhəmiyyətli bir təklifi" xatırladıb.

O həmçinin qeyd edib ki, Ukrayna taxıl ixracı ilə bağlı İstanbulda imzalanmış sazişi reallaşdırmağı planlaşdırdığını bildirib. Blinken məhbusların dəyişdirilməsi təklifi barədə isə ətraflı məlumat verməyib.

İddialara görə, ABŞ Griner və Whelan-ı  qaytarmaq üçün, ABŞ-da 25 il həbs cəzasına məhkum edilmiş rus silah qaçaqmalçısı Viktor Boutla mübadilə etməyi təklif edib. Whelan 2018-ci ildən Rusiyada casusluq, Griner isə narkotik saxlamaq ittihamı ilə ötən ilin fevralından həbsdədir.
Lavrovla telefon danışığında Ukrayna ilə bağlı danışıqlara getməyəcəyini vurğulayan Blinken, Ukrayna tərəfi olmadan Rusiya tərəfi ilə Ukraynanı müzakirə etməyəcəklərini təkrarlayıb.
 

Ləman Sərvanqızı

SİTAT.İNFO



Xəbər xətti