Azərbaycanda aktiv genişzolaqlı mobil abunəçilərinin sayı 2021-ci ilin göstəricisinə görə (2020-ci illə müqayisədə) 8,8% artaraq cari ilin yanvarın 1-nə 6 880,5 min nəfər təşkil edib.
Sitat.info-nun Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına görə, ötən ilin sonuna əhalinin hər 100 nəfərinə 68,7 aktiv genişzolaqlı mobil abunəçisi düşüb ki, bu da bir il öncəki göstəricini 8,3% üstələyir.