Qəbələdə 11 yaşlı uşağı elektrik cərəyanı vuraraq öldürüb

17:44 28 İyul 2022

Qəbələ rayonunda bədbəxt hadisə baş verib.

SİTAT.İNFO xəbər verir ki,  hadisə rayonun Bum qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini, 2011-ci il təvəllüdlü Aqşin Qurban oğlu Ağasiyev qırılaraq yerə düşən elektrik naqilinə toxunması nəticəsində onu cərəyan vuraraq öldürüb.

Faktla bağlı araşdırma aparılır.



Xəbər xətti