Bakıda şirkət əməkdaşı faciəvi şəkildə öldü

09:38 29 İyul 2022

“Metak” şirkətinin əməkdaşı hündürlükdən yıxılması nəticəsində ölüb.

Bu barədə Sitat.info-ya Nərimanov Rayon Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, iyulun 18-i saat 22 radələrində rayonun Böyükşor qəsəbəsi ərazisində yerləşən Metak MMC-də qaynaqçı işləyən, 1986-cı il təvəllüdlü Vüqar Paşayevin xəsarət alması və aldığı xəsarətlərdən iyulun 28-də xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılan araşdırmalarla müəyyən edilib ki, Vüqar Paşayev MMC-nin boru istehsalı sexində dam örtüyünü təmir edən zaman hündürlükdən yıxılaraq xəsarətlər alıb.

Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.

İş üzrə istintaq davam edir.



Xəbər xətti