Ruslardan şok iddia: Kiyev HİMARS-la Azov əsirlərini vurub?

12:58 29 İyul 2022

Donetsk vilayətinin işğal olunmuş hissəsindəki Rusiya tərəfdarı olan silahlılar  Yelenovskaya koloniyasının kazarmalarında saxlanılan 40 ukraynalı hərbi əsirinin öldüyünü açıqlayıb.

Rusiya tərəfi məlumatda bildirir ki, Ukrayna əsgərləri məhbuslarının saxlandığı Donetskin Yelenovka şəhərindəki təcridxanaya "HIMARS"la zərbələr endiriblər.

SİTAT.İNFO xəbər  verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. "Bu gecə Kiyev rejimi qəsdən qanlı təxribat törədib. Ukrayna hərbi əsirlərinin, o cümlədən "Azov" birləşməsi yaraqlılarının saxlanıldığı istintaq təcridxanasına Amerikanın "HIMARS" reaktiv yaylım atəşi sistemindən raket hücumu həyata keçirilib. Raket zərbələri nəticəsində 40 ukraynalı hərbi əsir ölüb, 75 nəfər isə yaralanıb. Bundan başqa təcridxananın 8 əməkdaşı da yaralanıb".

Ukrayna mediası isə HİMARS hücumunu təkzib edir.

SİTAT.İNFO  xəbər verir ki, Ukrayna tərəfi məlumatı bu şəkildə yayır: "Rusiya tərəfi artıq Ukrayna Silahlı Qüvvələrinin hərbi əsirlərinin ölümünü günahlandırmağa başlayıb. İddialara görə, Ukrayna qüvvələri koloniyanı HİMARS ilə vurub.

“Komsomolskaya Pravda”nın təbliğatçısı Oleksandr Kots belə bir fikir irəli sürüb ki, Ukrayna guya “danışmağa başlayan şahidləri” məhv etmək üçün koloniyanı qəsdən vurub. Təbliğatçılar koloniyaya zərbə ilə bağlı heç bir sübut, o cümlədən foto və video sübut təqdim etməyiblər".

Nərgiz LİFTİYEVA

SİTAT.İNFO



Xəbər xətti