Ukrayna kəşfiyyatı iyulun 29-da səhər saatlarında 40-dan çox ukraynalı hərbi əsirin öldürüldüyü Yelenovka istiqamətində artilleriya atəşini qeydə alıb.
SİTAT.İNFO xəbər verir ki, Ukrayna hökuməti bu məsələdə Kremlin iddialarını rədd edir.
Ukrayna kəşfiyyatı açıqlayır ki, ötən gün ukraynalı məhbuslar sənaye zonasına, iyulun 29-da vurulan məhz bu kazarmaya köçürülüb.
“Bu, “Azov” qırıcılarının olduğu kazarma idi, atəşə tutulmazdan bir neçə gün əvvəl ora köçürülüblər, biz hələ də bunun səbəbini başa düşə bilmədik”.
İyulun 29-da səhər saatlarında rusiyayönlü yaraqlıların Yelenovskaya koloniyasının kazarmalarına hücum nəticəsində 40 ukraynalı döyüşçünün həlak olduğunu bildiriblər.
Eyni zamanda, hərbi cinayətin izlərini gizlətməyə çalışan Kreml təbliğatçıları Ukrayna hərbçilərini zərbədə ittiham ediblər.
Rusiya mətbuatının son məlumatına görə, artıq 50-dən çox adam ölüb.
Nərgiz,
SİTAT.İNFO