Əsir düşən rus əsgəri ukraynalı əsgərin işgəncəsini əks etdirən videoya baxarkən huşunu itirib.
Söhbət rus işğalçılarının əsir götürdüyü ukraynalıya vəhşicəsinə işgəncə verərək, öldürdükləri videodan gedir.
Sitat.info xarici mediaya istinadən xəbər verir ki, bu barədə mütəmadi olaraq əsir düşmüş işğalçılarla müsahibələri lentə alan jurnalist Vladimir Zolkin “telemarafon”un efirində danışıb.
Onun sözlərinə görə, o, bir neçə işğalçıya rusların Azovstaldan 50 məhbusu qətlə yetirdiyi Yelenovskaya koloniyasından videonu, eləcə də ukraynalı əsgərin işgəncəsini əks etdirən videonu izləməyi təklif edib
. Lakin ruslar buna sona kimi baxa bilməyiblər. “Bu gün mən onlara həm Yelenovkadakı koloniyanın atəşə tutulması videosunu, həm də son günlər şəbəkədə dolaşan zorakılıq videolarını göstərdim... bir məhbus buna baxarkən huşunu itirdi”. Zolkin qeyd edib ki, hazırda əsas vəzifə Ukrayna əsgərlərini əsirlikdən çıxarmaq və Cenevrə Konvensiyasına uyğun olaraq Ukraynada saxlanılan hərbi cinayətkarlarını ruslara təhvil verməkdir.
Xatırladaq ki, Baş Prokurorluq Ukrayna hərbi əsirinə işgəncə verilməsi ilə bağlı videoçarxın yayılmasından sonra cinayət işinin başlandığını açıqlamışdı.
Səid,
Sitat.info