Deputatların maaşı 61%-dən çox artdı: "Etiraz etmirik, amma..."

12:02 1 Avqust 2022

İqtisadçı ekspert Əkrəm Həsənov deputatların maaş artımı ilə bağlı rəqəmlər səsləndirib. 

SİTAT.İNFO xəbər verir ki, iqtisadçı sosial şəbəkədə bu sözləri paylaşıb: 

"Nəhayət ki, barəsində eşitdiyimiz, amma gizlin saxlanılan “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” Qanuna dəyişiklik dərc olundu və üzünü gördük. Deputatların maaşının artırılması ilə bağlı hesablama apardım. Qısa nəticə budur ki, bir neçə nəfər istisna olmaqla işləri-gücləri yalnız düymə basmaqdan və bəzən pafoslu çıxışlar etməkdən ibarət olan, hüquqdan və qanundan xəbəri olmayan, qanunvericilik təşəbbüsü ilə çıxış etməyən deputatlarımızın xalis rəsmi gəliri aşağıdakı kimi dəyişib:

1. Spiker 5789 əvəzinə, 9001,5 manat alacaq;

2. Spikerin birinci müavini 5210 əvəzinə 8202 manat alacaq;

3. Spikerin müavini 4920  əvəzinə 7803 manat alacaq;

4. Komitə və komissiya sədri 4631 əvəzinə 7404 manat alacaq;

5. Komissiya sədrinin müavini 4341 əvəzinə 7003 manat alacaq;

6. Sıravi deputat 4052 əvəzinə 6537 manat alacaq.

Beləliklə, deputatın maaşı 61%-dən çox artıb!"

Ə.Həsənov qeyd etdi ki, maaş artımına etiraz etmir, amma məmurların şəffaflığı barədə də deputatlar müvafiq qanunlar qəbul etsinlər: " Nəinki etmədilər, heç olmasa bir deputat sadaladığım qanundan birini belə təklif etmədi...".

Səid İsaoğlu,

SİTAT.İNFO



Xəbər xətti