Türkiyənin milli müdafiə naziri Hulusi Akar Azərbaycanla birgə əməkdaşlıqdan danışıb.
SİTAT.İNFO xəbər verir ki, nazir əməliyyatların, təlimlərin davam etdiyini bildirib.
“Türkiyə Silahlı Qüvvələri FETÖ-çulardan təmizləndikdən sonra daha güclü olub. Hazırda mübarizə davam edir. Müxtəlif dedi-qodular tamamilə əsassızdır. Əməliyyatlar, təlimlər həyata keçiririk. Azərbaycanla, Liviya ilə birgə addımlarımız davam edir”, - Akar deyib.