Liviyada partlayış olub, 7 nəfər ölüb, 51-i yaralanıb

16:13 1 Avqust 2022

Liviyada neft tankeri partlayıb.

SİTAT.İNFO "CNN Türk”ə istinadən xəbər verir ki, hadisə ölkənin "Bint Bayya" ərazisində baş verib.

Partlayış nəticəsində 7 nəfərin öldüyü, 51 nəfərin isə yaralandığı bildirilib.

Yaralıların təxliyəsi üçün əraziyə helikopter göndərilib.

Partlayışın səbəbi hələ ki, məlum deyil.



Xəbər xətti