Kremldən Çubaysın xəstələnməsinə reaksiya

16:47 1 Avqust 2022

Çubaysın xəstələnməsi kədərli xəbərdir.

SİTAT.İNFO xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.

Onun sözlərinə görə, Çubays və yaxınları tərəfindən Kremlə hələlik heç bir müraciət olunmayıb:

“Biz Anatoli Borisoviçin tezliklə sağalmasını arzulayırıq. Əgər müraciət olarsa, yardım göstərəcəyik, çünki Çubays Rusiya vətəndaşıdır”.

Qeyd edək ki, dünən Çubaysın nadir “Guillain-Barre” sindromu diaqnozu ilə Avropa xəstəxanalarından birinin reanimasiya şöbəsinə yerləşdirilməsilə bağlı məlumat yayılmışdı. (Axar.az)



Xəbər xətti