Füzulidə minaya düşən şəxslərin son durumu açıqlanıb

13:35 2 Avqust 2022

Füzulidə minaya düşən yerli minatəmizləmə şirkətinin əməkdaşlarının səhhəti ilə bağlı məlumat açıqlanıb.

Sitat.info-nun xəbərinə görə, Füzuli Rayon Mərkəzi Xəstəxanasından APA-nın sorğusuna cavab olaraq bildirilib ki, Füzuli rayonunun işğaldan azad edilmiş Qaraxanbəyli kəndi ərazisində piyada əleyhinə minaya düşən minatəmizləmə işləri ilə məşğul olan şirkətin 3 əməkdaşı aldığı xəsarətlərlə bağlı olaraq saat 10:48 radələrində təcili tibbi yardım maşını ilə xəstəxanaya gətirilib:

"1991-ci il təvəllüdlü Rövşən Əlizadə sağ qolun qəlpə yarası, 1990-cı il təvəllüdlü Yadigar Şükürov barotravma diaqnozu ilə xəstəxanaya yerləşdirilib. 1976-cı il təvəllüdlü Qılman Hüseynovun sağ ayağı amputasiya olunub. Hazırda hər üçünün vəziyyəti orta ağır qiymətləndirilir".

 

 



Xəbər xətti