Rusiya prezidenti Putinin göstərişi ilə başlayan müharibə tam sürətlə davam edir. Müharibənin ilk günündən ölkənin paytaxtı Kiyevi əsas hədəf seçən rus ordusu həftələrlə mühasirə və ardıcıl hücum cəhdlərindən sonra bölgədən geri çəkilərək istiqamətini ölkənin şərqinə çevirib. Rusiya bu bölgənin bir çox şəhərini hədəfə alıb, "Donbasdakı son qala” adlanan Lisiçanskın nəzarətini təmin etdi.
Donetsk vilayətində müharibə şiddətləndiyi bir vaxtda Rusiya ordusunun təşəbbüsü itirməyə başladığı tez-tez xatırlanırdı. Əks hücuma keçməyə qərar verən Ukrayna son 24 saat ərzində 46 yaşayış məntəqəsinin rus hərbçilərindən azad edildiyini açıqlayıb.
SİTAT.İNFO xəbər verir ki, Xerson vilayətinin qubernatoru Dmitri Butriy xilas edilən yaşayış məntəqələrinin əksəriyyətinin şimalda olduğunu bildirib.
Bu işdə ABŞ-ın verdiyi silahların əsas əhəmiyyət kəsb etdiyi bildirilir. Ölkə mətbuatında yer alan xəbərlərə görə, hərbçilər körpülərə və hərbi infrastruktura hücum etmək üçün Amerika tərəfindən təmin edilən raket qurğularından istifadə edir. Donbasda hazırda Rusiyanın tam nəzarətində olan iki ordu Donetsk uğrunda qanlı döyüş aparır.
ABŞ silahları və Ukrayna ordusunun müqaviməti qarşısında Moskvanın növbəti dəfə taktikanı dəyişməli olduğu da xəbərlər sırasındadır. İngiltərə kəşfiyyatının hesabatına görə, müharibədə istədiyi nailiyyətləri əldə edə bilməyən Rusiya taktikanı dəyişmək üçün düyməyə basıb. Xəbərdə Rusiyanın qərarı bu sözlərlə ifadə edilib: “Rusiya aprel ayından bəri izlədiyi plan çərçivəsində həlledici əməliyyatda irəliləyiş əldə edə bilmədikdən sonra, ehtimal ki, hücumunun əməliyyat dizaynını dəyişir”.
Safura,
SİTAT.İNFO