Rusiya üçün logistika qurmaq və qoşunları təmin etmək çətin olacaq: Yeni raketlər nələri dəyişəcək?

15:54 2 Avqust 2022

Qısa müddətdə Ukraynaya 100 ATACMS raketinin çatdırılması qüvvələr balansına əhəmiyyətli dərəcədə təsir edə bilər.

SİTAT.İNFO xəbər verir ki, bu barədə Forbes yazır.

Onların istifadəsi cəbhə xəttindən çox əhəmiyyətli məsafədə olan əsas təchizat yollarını kəsməyə imkan verə bilər.

"Rus ordusu öz qoşunlarını təmin etmək üçün əsas yol kimi dəmiryoluna bel bağlamaqda davam edir. Sursat anbarlarının GMLRS raketləri ilə dağıdılması onları  dəmiryolu qatarlarının boşaldılma  nöqtələrini geri çəkməyə məcbur edir və daha çox vaxt , eləcə də vəsait logistikaya sərf olunur. ATACMS raketləri kritik logistika marşrut xətlərini - körpüləri , dəmiryol stansiyalarını tamamilə kəsə bilər.  Bu, Ukraynanın demək olar ki, hər yerində çata bilən uzun bir qoldur. Rusiya üçün logistika qurmaq və rus qoşunlarını təmin etmək son dərəcə çətin iş olacaq”.

Nəzəri olaraq, Rusiya ordusu hərbi sursat tədarükünü yalnız avtomobil yolu ilə həyata keçə bilər. Amma bunun üçün bütün dəstəyi  yenidən qurmaq və cəbhə xəttini qısaltmaq lazımdır.

İndi Xerson istiqaməti üçün döyüş sursatları Krımdan keçir və nəzəri olaraq ATACMS-in əhatə dairəsində ola biləcək yüzlərlə kilometr məsafəni qət edir. Belə şəraitdə düşmənin cənubu tutması çox çətin olacaq.

ATACMS-lərin  sayını nəzərə alsaq, bütün cəbhələrdə "gümüş güllə"yə çevrilməyəcək. Amma bu raketlər cənubda əks-hücum üçün əsas şərt ola bilər. Əsas məsələ odur ki, biz bu raketlərdən nə vaxt və neçəsini alacağıq.

Nərgiz,

SİTAT.İNFO



Xəbər xətti