Rusiya ABŞ Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Tayvana gözlənilən səfərini “təxribat” və Pekinə təzyiq kimi qiymətləndirir.
SİTAT.İNFO xəbər verir ki, bunu avqustun 2-də keçirdiyi brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova Reuters agentliyinə bildirib.
Xatırladaq ki, Tayvan əslində öz konstitusiyası, ordusu və demokratik yolla seçilmiş hökuməti ilə Çindən ayrı bir dövlətdir. Tayvan 14 kiçik dövlət tərəfindən tanınıb.
Eyni zamanda Çin Tayvanı özünün əyaləti hesab edir. Bəzi Tayvan siyasətçiləri rəsmi müstəqillik bəyannaməsini təklif edirlər, lakin Çin belə bir vəziyyətdə müharibə ilə hədələyir.
Pelosinin gözlənilən səfəri zamanı Tayvanın hərbi hazırlığını artırdığı bildirilir.
Çərşənbə axşamı səhər Pekin Fujian əyalətinin (Tayvana ən yaxın) səmasını bağladı. Çərşənbə axşamına planlaşdırılan çoxlu sayda reyslərin ləğv edildiyini açıqladılar. Bundan əlavə, Pekin təklif olunan səfər zamanı müntəzəm hərbi təlimlər keçirəcəyini açıqlayıb.
Avqustun 2-də səhər saatlarında Çinin hərbi gəmiləri şərq sahillərində peyda olub. Çinin raket freqatı Tayvanın cənub-şərqində 45 dəniz mili (təxminən 80 kilometr) aralıda tapılıb.
Səid,
SİTAT.İNFO