ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin olduğu təyyarə Tayvanın paytaxtı Taybey hava limanına enəcək.
SİTAT.İNFO xəbər verir ki, bunu Flightradar xidmətinin məlumatları sübut edir.
Pelosinin olduğu təyyarənin təyinat yeri bir neçə dəqiqə əvvəl ortaya çıxıb. Bundan əvvəl təyyarənin adaya eniş edib-etməyəcəyi tam məlum deyildi.
Reuters yazır ki, içərisində Pelosi olan Amerika təyyarəsi Taypey hava limanına enmək üçün müraciət etməyib.
Tayvan artıq Pelosi ilə təyyarənin enişini gözləyir. Binalardan birində "Sevgi. Ümid. Sülh" sözləri yazılıb.
Tayvan mətbuatının məlumatına görə, Pelosi olan təyyarə Kiyev vaxtı ilə saat 17:00 radələrində Tayvana enəcək.
Çin isə Pelosi Tayvana səfər edərsə, "güclü tədbirlərlə" cavab verəcəyini deyib və mümkün səfərə "qəti şəkildə qarşı olduğunu" söyləyib.
Nərgiz,
SİTAT.İNFO