Ağcabədi sakinlərində silah aşkarlanıb.
Bu barədə Sitat.info-ya Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.
Bildirilib ki, Ağcabədi Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı rayon sakinləri - E.Abbasov və E.Abdulazimovdan müvafiq sənədləri olmayan ov silahları aşkar edilərək götürülüb.
Faktlarla bağlı Ağcabədi RPŞ-də araşdırma aparılır.