Rusiya ABŞ-ı Ukraynadakı müharibəyə birbaşa müdaxilə etməkdə İTTİHAM EDİR

12:00 3 Avqust 2022

Pentaqon  HİMARS raketlərinin atılacağı hədəfləri təsdiqləyib. Bubu iddia edən Moskva rəsmiləri qeyd edir ki,  Ukrayna rəsmilərinin çıxışları bunu sübut edir

SİTAT.İNFO xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin sözçüsü iddia edib ki, ABŞ Kiyev qüvvələrinin Amerika istehsalı olan “Himars” reaktiv yaylım atəşi sistemindən istifadə edərkən alacağı hədəflərini təsdiqləyib.

General-leytenant İqor Konaşenkov bildirib ki, Ukrayna rəsmiləri arasında aparılan danışıqlar bu əlaqəni üzə çıxarıb. Qeyd edək ki, Rusiya daha əvvəl də Vaşinqtonu Ukraynada “vəkalət müharibəsi” aparmaqda ittiham etmişdi.

Pentaqon sözçüsü bildirib ki, ukraynalıları "qarşıya çıxan təhlükələri başa düşməyə və ölkələrini Rusiya təcavüzündən müdafiə etməyə kömək etmək üçün təfərrüatlı, vaxtında verilən məlumatlarla" təmin edirlər.

HİMARS 70 km-ə qədər olan hədəflərə dəqiq idarə olunan raketlər atmağa qadir olan çoxsaylı raket sistemidir. Sistemin əhatə dairəsi Ukraynanın əvvəl sahib olduğundan xeyli genişdir.

Onların rus alternativlərinə nisbətən hədəfdə daha dəqiq olduğu düşünülür.

 

Ləman Sərvanqızı



Xəbər xətti