ŞOK XƏRİTƏ! Çin Tayvanı blokadaya aldı: ABŞ isə sadəcə seyr edəcək...

12:56 3 Avqust 2022

25 ildən sonra Tayvana ayaq basan ən yüksək rütbəli amerikalı Nensi Pelosi adanı tək buraxmayacaqlarını söyləyib. Çin ordusu hər tərəfdən Tayvanı blokadaya alıb. ABŞ illər sonra Tayvana ən yüksək səviyyədə dəstək verir.

Protokolda ABŞ prezidenti və vitse-prezidentdən sonra üçüncü yerdə olan ABŞ Nümayəndələr Palatasının sədri Nensi Pelosini daşıyan SPAR19 təyyarəsi ötən gün yerli vaxtla saat 23:44-də Sonşan hava limanına enib. 

Tayvan parlamentinə ilk səfərini edən 82 yaşlı Demokrat Partiyasının siyasətçisi nümayəndə heyəti ilə balkondan jurnalistlərə əl yelləyib.

Nensi Pelosi daha sonra Tayvan lideri Tsai İnq-ven ilə görüşüb.

Son 25 ildə adaya səfər edən ən yüksək səviyyəli Amerika siyasətçisi olan Pelosi, Tsai ilə görüşündə Tayvanı yalnız qoymayacaqlarını  söyləyib, Tayvanda olmaqdan qürur duyduqlarını vurğulayıb: "İndi ABŞ-ın Tayvanla həmrəyliyi həmişəkindən daha vacibdir. Və bu, bizim bu gün adaya çatdırdığımız mesajdır".

Tayvan lideri Tsai İnq-ven göstərdiyi sarsılmaz dəstəyə görə Nensi Pelosiyə təşəkkür edib və Nümayəndələr Palatasının sədrini ölkəsinin ən sadiq dostlarından biri hesab edib.

Tsai Rusiyanın Ukraynanı işğal etməsinə işarə edərək, “Tayvan geri çəkilməyəcək” deyib.

23 milyon əhalisi olan Tayvan illərdir Çin işğalı qorxusu ilə yaşayır. Cənubi Asiyadakı ada Çinin ən həssas regional problemidir.

Pekin administrasiyası Tayvanı ayrıca ölkə kimi tanımır və onu özünün bir hissəsi hesab edir.

Nensi Pelosinin səfərinə qəti şəkildə etiraz edən Çin ABŞ-ın Pekindəki səfirini Dövlət Departamentinə çağıraraq Vaşinqtona etiraz edib.

HƏR TƏRƏFDƏN BLOKADA

SPAR19 təyyarəsi Malayziyadan Tayvana qalxarkən Çin ordusu öz reaktivlərini adanın ətrafına göndərib. “Global Times” qəzeti Çinin “Liaoning” və “Şandunq” təyyarədaşıyan gəmilərinin də limanlarını tərk edərək Tayvana doğru seyr etməyə başladığını yazıb.
Çin ordusu bu gün Tayvan ətrafında üç günlük təlimlərə başlayıb. Çin və Tayvan arasındakı Tayvan boğazı beynəlxalq media tərəfindən dünyanın ən təhlükəli nöqtəsi kimi tanınır.
Çinin adanın ətrafındakı təlimləri Tayvanın tam blokadası deməkdir. BBC xəbər verir ki, Çin ordusu artıq adanı hava və dənizdən  mühasirəyə alıb.

Pekin administrasiyası heç bir xarici təyyarə və ya gəminin təlim bölgələrinə daxil olmasını istəmir.

ABŞ: CAVAB VERMƏYƏCƏYİK

ABŞ ordusu isə Tayvanın ətrafına dörd döyüş gəmisi göndərib. Sözügedən gəmilərdən biri USS Ronald Reyqan təyyarədaşıyan gəmisidir. Ərazidə Amerika döyüş təyyarələri də var.
Ağ Ev sözçüsü Con Kirbi, Çinin hərbi reaksiyasının sürpriz olmadığını deyib: "ABŞ Çinə cavab verməyəcək. Biz sadəcə seyr edəcəyik".

Ləman Sərvanqızı

SİTAT.İNFO



Xəbər xətti