Mütəxəssislərdən günəş fırtınası xəbərdarlığı! Peyklər sıradan çıxa bilər...

13:30 3 Avqust 2022

Mütəxəssislər Günəşdə açılan dəlik nəticəsində günəş fırtınasının dünyaya təsir edəcəyini açıqlayıb.
SİTAT.İNFO xəbər verir ki, ABŞ Milli Okean və Atmosfer İdarəsi (NOAA) G1 sinifli fırtınanın elektrik şəbəkələrində nasazlıqlara, peyklərin sıradan çıxmasına və heyvan köçlərinə təsir göstərə biləcəyini açıqlayıb.
Bundan əlavə, geomaqnit qasırğaları ilə daha ciddi təsirlərin baş verə biləcəyi ehtimalına diqqət çəkilib.

Məlumdur ki, tac dəlikləri hər an yarana bilər, lakin onların “günəş minimumu” dövründə daha çox rast gəlindiyi bildirilir.

 Günəşdə hərəkət intensivliyinin artdığı dövrə daxil olduğu vurğulanır.
NOAA-nın açıqladığı G1 tipli fırtınanın yuxarı səviyyəsi olan G2 tipli fırtınalarda enerji sistemlərində problemlər yarana, kosmik gəminin istiqaməti dəyişə və peyk naviqasiyası müvəqqəti olaraq dayana bilər.

Ləman Sərvanqızı

SİTAT.İNFO



Xəbər xətti