Moskva vilayətinin İstra rayonunun Petrovskoye kəndində böyük anbarın ərazisində yanğın baş verib.
Sitat.info xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
“Qeyri-yaşayış binasında yanğın olması barədə məlumat Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin əməliyyat-növbətçi hissəsinə saat 12:33-də daxil olub. Bütün anbar işçiləri binanı tərk ediblər. Yanğın sahəsi 20 min kvadratmetrdir. Ümumilikdə anbardan 1000-dən çox insan təxliyə edilib”, - məlumatda deyilir.
Anbar “Ozon” şirkətinə məxsusdur.