Erməni mediası: Azərbaycan Ordusu Qarabağda əməliyyata başladı - 4 ölü, 15 yaralı

16:57 3 Avqust 2022

Qarabağda sülhməramlıların müvəqqəti nəzarətində olan ərazidə qanunsuz erməni silahlı birləşmələrinin dörd hərbçisi ölüb, daha 15-i yaralanıb.

SİTAT.İNFO xəbər verir ki, bu barədə Ermənistan KİV məlumat yayıb.

Erməni tərəfinin iddiasına görə, bölgədə Azərbaycan Ordusu tərəfindən əməliyyat (antiterror) keçirilir. Yaralılardan birinin vəziyyətinin ağır olduğu qeyd edilir. 

Hərbi ekspert Ədalət Verdiyev isə sosial şəbəkə səhifəsində qeyd edib ki, Xocalı aeroportu ətrafında düşmənin S-125 kompleksi 10 nəfərə.yaxın heyətlə birlikdə məhv edilib. Sarıbaba və Qırxqız yüksəkliyi bizdədir. 

Qeyd edək ki, bu gün Laçın rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun bölmələrinin mövqelərinin qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən intensiv atəşə tutulması nəticəsində əsgər Kazımov Anar Rüstəm oğlu aldığı güllə yarasından şəhid olub. 



Xəbər xətti