“Hazırda Ermənistan - Azərbaycan sərhədində gərginlik yoxdur”.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Aram Torosyan bildirib.
O qeyd edib ki, vəziyyət hazırda normaldır.
Qeyd edək ki, bu gün Laçın rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun bölmələrinin mövqelərinin qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən intensiv atəşə tutulması nəticəsində əsgər Kazımov Anar Rüstəm oğlu aldığı güllə yarasından şəhid olub.
Daha sonra Azərbaycan Ordusu tərəfindən “Qisas” adlı antiterror əməliyyatı keçirilib.
Terrorçuların artilleriya hərbi hissəsi və bir postu darmadağın edilib. Erməni tərəfində ölən və yaralananlar var.