Şimali Koreya "od püskürdü": ABŞ və Qərb ölkələri cavab verəcəklər!

12:22 4 Avqust 2022

ABŞ Əfqanıstanda “Əl-Qaidə” lideri Ayman əz-Zəvahirini hava hücumu ilə öldürdüyünü elan etdikdən sonra Şimali Koreya administrasiyasından kritik açıqlama gəlib.

SİTAT.İNFO xəbər verir ki, Şimali Koreya Xarici İşlər Nazirliyinin yazılı bəyanatında deyilir: “ABŞ və onun müttəfiqlərinin Əfqanıstanda törətdiyi bəşəriyyətə qarşı cinayətlər bir-birinin ardınca üzə çıxarılıb və bu beynəlxalq ictimaiyyətin böyük təəccüb və qəzəbinə səbəb olub”.
Məlum faktdır ki, ABŞ və Qərb ölkələri bütün dünyada açıq-aşkar insan haqları pozuntuları, o cümlədən dinc əhaliyə qarşı soyqırımı törədiblər”, - bəyanatda deyilir.

SURİYA MƏSƏLƏSİ

Bəyanatda o da vurğulanıb ki, 2019-cu ilin mart ayında Suriyada bir kəndə hava hücumu həyata keçirən, aralarında qadın və uşaq da daxil olmaqla onlarla mülki vətəndaşı qətlə yetirən ABŞ Silahlı Qüvvələri  vəhşilikləri ört-basdır etmək üçün ərazini buldozerlərlə doldurdu”.

"ABŞ 48 MİNDƏN ÇOX MÜLKİ ŞƏXS ÖLDÜRÜB"

Açıqlamada ABŞ-ı hədəf alan 11 sentyabr terror aktlarına da toxunulub və hücumlardan bəri  ABŞ-ın Əfqanıstan, İraq, Suriya və digər ölkələrdə 90 mindən çox hava hücumu təşkil etdiyi, qadın və uşaqlar da daxil olmaqla 48 mindən çox günahsız insanın öldürüldüyü iddia edilib. 

O, ABŞ-da insan haqlarının pozulması ilə bağlı iddialara da toxunaraq, "ABŞ Quantanamo həbsxanası və buna bənzər bir çox mərkəzlər günahsız insanları qanunsuz həbs etdikdən sonra onlara vəhşicəsinə işgəncə vermək məqsədi ilə yaradılıb. Bu mərkəzlər belə insan hüquqlarının kobud şəkildə pozulduğu yerə çevrilib. Bu, bizə İkinci Dünya Müharibəsi zamanı qurulan nasist əsir düşərgələrini xatırladır”.

Bəyanatda ABŞ və Qərbin demokratiya və insan haqları pərdəsi altında günahsız dinc insanlara dəhşətli zərbələr vuraraq, insan haqları pozuntuları törətdiyi iddia edilib:  “Onların bəşəriyyətə qarşı cinayətlərə məhdudiyyətlər gətirəcək heç bir nizamnaməsi yoxdur. ABŞ və Qərb müharibə cinayətlərinin ağır bədəlini ödəyəcəklər. O  gün mütləq gələcək". 

Safura,

SİTAT.İNFO



Xəbər xətti