Rusiyada komaya düşən qazimizdən son xəbər

16:23 4 Avqust 2022

Allaha şükür, qardaşım artıq özünə gəlir. Həkimlər sabah gedib onu canlı görə biləcəyimi dedilər.

Bu sözləri Axar.az-a açıqlamasında Məhərrəm Həsənov qardaşı, qazi Elşən Həsənovun səhhəti haqqında danışarkən deyib.

O bildirib ki, artıq Elşən komadan ayılıb:

“Həkimlər onun böyrəklərinin funksiyasının yaxşılaşdığını və sağlamlığında yaxşılığa doğru irəliləyişin olduğunu dedilər. Bir az qollarında və ayaqlarında şişkinlik qalıb, o da müalicə ilə keçib gedəcək. Çox sevinirəm! Maraqlanan hər kəsə minnətdarıq”.

Qeyd edək ki, Rusiyaya işləmək üçün gedən Elşən Həsənovun böyrəklərində ciddi problem yaranmışdı. Komaya düşən qazimiz Sankt-Peterburqun Puşkin şəhərindəki “Semaşko” xəstəxanasına yerləşdirilmişdi.

Onun səhhəti ilə bağlı bütün məsələləri Sankt-Peterburqdakı konsulumuz və diasporumuz üzərinə götürüb.



Xəbər xətti