Rusiya koronavirusun yaranmasında ABŞ-dan şübhələnir

18:42 4 Avqust 2022

Rusiya Müdafiə Nazirliyi ABŞ-ın COVID-19-un yaranmasında əli olduğundan şübhələnir.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda Rusiya Silahlı Qüvvələrinin Radiasiya, Kimyəvi və Bioloji Müdafiə Qoşunlarının rəisi general-leytenant İqor Kirillov brifinqdə danışıb:

“Biz ABŞ Beynəlxalq İnkişaf Agentliyinin yeni koronavirusun yaranmasında iştirak etməsi ehtimalını nəzərdən keçiririk”.

Kirillov bildirib ki, 2009-cu ildən USAID koronavirusların yeni növlərini öyrənən və bu virusları daşıyan yarasaları ələ keçirən Predict proqramını maliyyələşdirir.

“Layihənin podratçılarından biri Ukraynada hərbi-bioloji fəaliyyəti ilə tanınan Metabiota olub”, - o əlavə edib.

“2019-cu ildə, COVID-19-un ilk halları ortaya çıxmazdan əvvəl Amerika Hopkins İnstitutunda Event-2019 təliminin keçirilməsi xarakterikdir. Bu təlim zamanı daha əvvəl məlum olmayan koronavirus epidemiyası kontekstində tədbirlər həyata keçirilib. Təlimlərin əfsanəsinə görə, həmin koronavirus insanlara donuzlar üzərindən yarasalardan keçib”, - Kirillov bildirib.



Xəbər xətti