Boşanmaların ən çox qeydə alındığı bölgələr bunlardır

19:15 16 Fevral 2022

Azərbaycanda nikah və boşanmaların ən çox qeydə alındığı bölgələr açıqlanıb.

Dövlət Statistika Komitəsindən sitat.info-ya verilən məlumata görə, nikah səviyyəsi Bakı şəhərində (6,2), Şəki-Zaqatala (6,1), Dağlıq Şirvan, Qarabağ və Quba-Xaçmaz (5,9) iqtisadi rayonlarında və Naxçıvan Muxtar Respublikasında (5,8) olub.

Boşanma səviyyəsi isə Bakı şəhərində (2,3), Abşeron-Xızı, Gəncə-Daşkəsən və Şərqi Zəngəzur (2,0), Qarabağ (1,8) iqtisadi rayonlarında ölkə göstəricilərindən yüksək olub.



Xəbər xətti