Laçında yaralanan digər hərbçimiz də vəfat etdi.
SİTAT.İNFO xəbər verir ki, avqustun 5-i Laçın rayonunda qaya parçasının düşməsi nəticəsində ağır xəsarət almış əsgər Əliyev Tahir Çingiz oğlu vəfat edib.
Faktı Müdafiə Nazirliyindən təsdiqləyiblər.
Qeyd edək ki, hər iki əsgərimiz xidməti döyüş tapşırığını yerinə yetirərkən həlak olduqlarına görə şəhid statusu veriləcək.