Bu olay əsl terrordur! - Partiya sədrindən REAKSİYA

16:43 5 Avqust 2022

"Azərbaycanın Böyük Britaniyada fəaliyyət göstərən səfirliyinə hücum Azərbaycan dövlətinə qarşı hücumdur, bu hücumu təşkil və icra edənlər ən ağır formada cəzaya məhkum edilməlidirlər. Azərbaycan dövlətinə qarşı məlum terror aktını İrana bağlı “Mehdi Xidmətçiləri” adlı radikal şiə qruplaşması öz üzərinə götürüb. Heç şübhəsiz ki, bu olayın arxasında kimlərin dayandığını artıq göz önündədir…".

Bu sözləri SİTAT.İNFO-ya açıqlamasında Gələcək Azərbaycan Partiyasının (GAP) sədri Ağasif Şakiroğlu deyib. 

Onun sözlərinə görə, bir neçə müddətdir oxşar əməllərin Bakı küçəsələrində də qadın maskası altında gizlədilmiş əlaltıları vasitəsilə edilməsinə cəhdlər edilib: "Küçə-küçə şüarlar yazılması, küçələrdə haray-həşir salma cəhdlərini buna misal göstərmək olar. Heç şübhəsiz ki, Azərbaycan hüquq-mühafizə orqanlarının ayıq-sayıqlığı nəticəsində bu kimi təxribatların qarşısı zamanında alınıb". 

A.Şakiroğlu vurğuladı ki, bu aksiyanı təşkil edənlər, o cümlədən onların Azərbaycanda olan havadarları və əlaltıları, eyni zamanda himayədarları tapılıb layiq olduqları ən ağır cəzaya məhkum edilməlidir: "Əminəm ki, Azərbaycan hüquq mühafizə orqanları bu işin də layiqincə öhdəsindən gələcəkdir". 

Safura,

SİTAT.İNFO



Xəbər xətti