Bizim müzakirə edib nöqtəsini qoyacağımız mövzular Türkiyə-Rusiya münasibətlərində yeni səhifə açacaq.
SİTAT.İNFO xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya Prezidenti Vladimir Putinlə görüşü zamanı bildirib.
O qeyd edib ki, Suriya ilə bağlı müzakirə edəcəkləri mövzular isə region üçün böyük əhəmiyyət kəsb edəcək.
Ərdoğan, həmçinin, energetika sahəsində əməkdaşlığın da müzakirə olunacağını əlavə edib. (APA)