Goranboyda piyadanı avtomobil vuraraq öldürüb

14:13 7 Avqust 2022

Goranboy rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Sitat.info "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Borsunlu kənd yolunda qeydə alınıb.

Yolu qarşı tərəfə keçmək istəyən Gəncə şəhər sakini, 1947-il təvəllüdlü Mirzə Kazımovu avtomobil vuraraq öldürüb.

Faktla bağlı araşdırma aparılır.

 

 



Xəbər xətti