Meliorativ kollektorlarda balıq və digər su bioresursları ovu qaydası dəyişib.
Əgər indiyə qədər meliorativ kollektorların mənsəbində və məcrasında istifadəsi mümkün olan bütün ov alətləri il boyu balıq və digər su bioresursları ovuna icazə verilirdisə, artıq meliorativ kollektorlarda ova icazə verilən müddətlər aşağıdakı kimi olacaq:
- Axçalı balıqların ovu - dayanan nevodlar, karavalar, venterlər və axçalı balıq torları - yanvar ayının 1-dən may ayının 1-nə qədər və sentyabr ayının 1-dən dekabr ayının 31-nə qədər
- İlanbalığının ovu - venterlər - yanvar ayının 1-dən mart ayının 1-nə qədər və oktyabr ayının 1-dən dekabr ayının 31-nə qədər
- Krevetlərin ovu - venterlər - iyul ayının 1-dən noyabr ayının 1-nə qədər.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirilib ki, yeni qaydalar üzrə balıq ovu üçün ayrılan kvotaya ərizilərinin qəbulu müddəti də uzadılıb.
Yeni qaydalara, əsasən, kilkə ovu üçün müxtəlif dərinlikli pelagik torlardan istifadəyə, eyni zamanda, ilanbalığının adının "qırmızı kitab"dan çıxarılmasını nəzərə alaraq onun kür çayı və meliorativ kollektorlarda sənaye ovuna icazə verilib.