Goranboyda piyadanı öldürən sürücü "isti izlərlə" yaxalandı

21:07 7 Avqust 2022

Bu gün Goranboyda piydanın ölümü ilə nəticələn yol-nəqliyyat hadisəsi baş verib.

Axar.az xəbər verir ki, Bakı-Qazax yolunun 330 km-də yolu keçmək istəyən piyadanı vuraraq öldürən və daha sonra hadisə yerindən qaçan nəqliyyat vasitəsinin sürücüsü Elsevər Vaqif oğlu Əmiraslanov Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının əməkdaşları tərəfindən həyata keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində “isti izlər”lə tapılıb və istintaqa cəlb edilib.

Qeyd edəl ki, hadisə zamanı Gəncə şəhər sakini 1947-ci il təvəllüdlü Mirzə Kazımov hadisə yerində ölüb.

 

 



Xəbər xətti