Sərdar Cəlaloğlu: "Azərbaycanda iqtisadi təzyiqlər dünya təcrübəsində görünməmiş həddədir"

11:51 27 Yanvar 2022

 Son vaxtlar bazarlardakı sürətli bahalaşma ilə paralel olaraq, hökumət tərəfindən cərimələrin artırılması, xüsusən şəhərdə avtomobil parklanması üçün yer olmadığından dayanma-durma qaydaları ilə bağlı sürücülərin kütləvi şəkildə cərimələnməsi sosial etirazları bir qədər də artırır. 

Məsələ ilə bağlı SİTAT.İNFO-ya açıqlama verən Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu bildirdi ki, bunun səbəbi Azərbaycanda hökumətin ciddi bir iqtisadi islahat aparmaq imkanına malik olmamasıdır: "Gələcəyə yönəlik iqtisadi proqramları da yoxdur. Bu baxımdan dövlət büdcəsini məhz vətəndaşlara iqtisadi təzyiqlərin artırılması ilə doldurmağa cəhd edirlər. Buraya bank faizlərinin artırılması, yol cərimələrinin artırılması, rüsumların artırılması və sair daxildir".

ADP sədrinin sözlərinə görə, normalda dövlət bu cür fiskal tədbirlər həyata keçirə bilər, amma indiki halda bu təzyiqlər dünya təcrübəsində görünməmiş bir həddədir: "Bu da hakimiyyətin səriştəsiz fəaliyyətinin əvəzinin xalqdan alınması ilə bağlıdır. Bu narazılıqlar getdikcə artacaq və getdikcə ölkədə çox ciddi neqativ sosial hadisələr müşahidə olunacaq. 

Sitat.info



Xəbər xətti