Avroviziyada Azərbaycanı təmsil edəcək müğənninin adı açıqlanıb.
Sitat.info xəbər verir ki, sözügedən yarışmada ölkəmizi müğənni Fahree ilə birlikdə sənətçi İlkin Dövlətov da təmsil edəcək.
Qeyd edək ki, İ.Dövlətov fəaliyyətinə ilk olaraq 2000-ci illərin əvvəllərində keçirilən “Azəri star” yarışmasından başlayıb.
Musiqiçi ailəsində doğulan İ.Dövlətov daha sonra “Səs Azərbaycan: Doğma nəğmələr” yarışmasında da iştirakı ilə seçilib.
İ.Dövlətov yarışmada ifa edilən mahnıda muğam parçası oxuyacaq.