Türkiyənin tanınmış şoumeni və aparıcısı Acun Ilıcalı barədə araşdırma başladılıb.
Sitat.info Türkiyə mediasına istinadən xəbər verir ki, o qanunsuz mərc oyunlarını təşviq etməkdə günahlandırılır.
Acuna məxsus olan “TV8” və “Exxen” rəqəmsal platformasının səlahiyyətli şəxsləri haqqında da araşdırmalar başladılıb.
İstintaqın UEFA Millətlər Liqası matçlarında nümayiş etdirilən qanunsuz mərc reklamları ilə bağlı olduğu bildirilir.