İlham Əliyev AB Şurasının prezidentinə məktub göndərdi

18:13 6 Dekabr 2024

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avropa Birliyi Şurasının Prezidenti Antonio Koştaya təbrik məktubu ünvanlayıb.

Sitat.info xəbər verir ki, məktubda qeyd olunur:

"Avropa Birliyi Şurasının Prezidenti kimi fəaliyyətə başlamağınız münasibətilə Sizi təbrik edirəm.

Azərbaycan ilə Avropa Birliyi arasında əməkdaşlıq əlaqələri geniş gündəliyə malikdir və enerji, o cümlədən yaşıl enerji, nəqliyyat, ticarət və digər sahələri əhatə edir. Avropanın enerji təhlükəsizliyinin təminatında Azərbaycanın mühüm rolu danılmazdır.

İnanıram ki, Azərbaycan ilə Avropa Birliyi arasında siyasi dialoqun, iqtisadi-ticari əməkdaşlığın və mədəni mübadilələrin qarşılıqlı maraqlarımıza uyğun olaraq bundan sonra da inkişaf etməsi, konstruktiv tərəfdaşlığımızın möhkəmlənməsi üçün birgə səylər göstərəcəyik.

Sizə qarşıdakı məsul fəaliyyətinizdə uğurlar arzulayıram".



Xəbər xətti