İstanbulun Sarıyer bölgəsində əmi-qardaşı oğlu mübahisəsi qətllə nəticələnib.
Sitat.info xəbər verir ki, Sarıyerin Pınar məhəlləsində 32 yaşlı Ufuk D. ilə 22 yaşlı qardaşı oğlu Deniz İnan Şimşek arasında mübahisə qanla bitib. Əmisi tərəfindən bıçaqlanan, boynundan və sinəsindən yaralanan Deniz Şimşek xəstəxanada dünyasını dəyişib.
Hadisədən əvvəl tərəflər arasında narkotik istifadəsi iddiası ilə bağlı gərginlik yaşanıb. Gecə yenidən dava başlayanda Ufuk D. qardaşı oğlunu bıçaqlayaraq qaçıb.
O, "qəsdən adam öldürmə"də ittiham olunub. Şübhəlinin əvvəllər üç cinayət hadisəsində iştirak etdiyi məlum olub.
Tehran,
Sitat.info