15 yaşlı yeniyetmə bıçaqlandı: saxlanılan var

15 yaşlı yeniyetmə bıçaqlandı: saxlanılan var
KRİMİNAL 28 Noyabr 2026 10:40
Gəncədə 15 yaşlı yeniyetmə kəsici alətdən xəsarət alıb.

Sitat.info  xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.

2011-ci il təvəllüdlü A. Məmmədov kəsici alətdən aldığı xəsarətdən sonra xəstəxanalardan birinə yerləşdirilib.

Polisin keçirdiyi müvafiq tədbirlər nəticəsində A.Məmmədova kəsici alətlə xəsarət yetirməkdə şübhəli bilinən 21 yaşlı Əfqan Yusubov saxlanılıb.

Araşdırmalar davam etdirilir.

///Teleqraf