Zelenski Avropadan 45 milyardı ala bilmədi

Zelenski Avropadan 45 milyardı ala bilmədi
Dünya 27 Noyabr 2026 15:16

Avropa İttifaqı ölkələri Ukraynaya 2027-ci ildə verilməsi nəzərdə tutulan 45 milyard avroluq maliyyə yardımı ilə bağlı razılığa gələ bilməyib.

Sitat.info xəbər verir ki, Brüsseldə keçirilən müzakirələrdə üzv ölkələr arasında fikir ayrılığı yaranıb. Məsələnin dekabrın 17-18-də keçiriləcək növbəti sammitdə yenidən müzakirə olunması gözlənilir.

Bu qərar Ukraynanın maliyyə vəziyyətini daha da çətinləşdirə bilər. Müharibənin davam etdiyi bir vaxtda Kiyev Avropanın dəstəyinə ciddi ehtiyac duyur. Yardımın gecikməsi Ukraynanın müdafiə xərclərinə, dövlət büdcəsinə və iqtisadi sabitliyinə təsir göstərə bilər.

Eyni zamanda bu vəziyyət Avropa daxilində Ukraynaya dəstəklə bağlı vahid mövqenin olmadığını göstərir.

Seymur,

Sitat.info