Küveytdə dron hücumu: iki italiyalı həlak oldu 

Küveytdə dron hücumu: iki italiyalı həlak oldu 
Dünya 27 Noyabr 2026 13:57

Küveytdə hərbi obyektə dron hücumu nəticəsində iki İtaliya vətəndaşı həlak olub, daha iki nəfər yaralanıb.

Sitat.info xəbər verir ki, hadisə noyabrın 26-da baş verib. Həlak olanlar Almaniyanın “Rheinmetall” şirkətinin İtaliya bölməsində çalışan texniki mütəxəssislər olub. Onlar Küveyt ordusunun hava hücumundan müdafiə sisteminə texniki xidmət göstərirmişlər.

İtaliya və Küveyt hücuma görə İranı ittiham edib. Tehran isə bu iddiaları rədd edib və hadisənin araşdırılması üçün birgə istintaq komissiyası yaradılmasını təklif edib.

Hadisə Yaxın Şərqdə gərginliyin daha da artması ilə bağlı narahatlıqları gücləndirib.

Aytac,

Sitat.info