FIFA kiberhücuma məruz qaldı

FIFA kiberhücuma məruz qaldı
İdman 26 Noyabr 2026 20:04

Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası (FIFA) kiberhücumun hədəfinə çevrilib.

Sitat.info xəbər verir ki, bu barədə jurnalist Rob Harris sosial şəbəkə hesabında məlumat yayıb.

Onun sözlərinə görə, FIFA quruma qarşı kiberhücumun həyata keçirildiyini təsdiqləyib. Bildirilib ki, şəxsi və kommersiya məlumatlarının məhdud bir hissəsinə icazəsiz giriş əldə olunub.

Qurum hadisə ilə bağlı hüquq-mühafizə orqanları ilə əməkdaşlıq etdiyini bildirib.