"Beşiktaş" - "Qalatasaray" oyununun baş hakimi açıqlandı

\"Beşiktaş\" - \"Qalatasaray\" oyununun baş hakimi açıqlandı
İdman 26 Noyabr 2026 14:05

Türkiyə Superliqasının XIII turunda keçiriləcək "Beşiktaş" - "Qalatasaray" oyununun baş hakimi açıqlanıb.

Sitat.info xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyası məlumat yayıb.

İstanbul derbisini FIFA referisi Oğuzhan Çakır idarə edəcək.

Xatırladaq ki, noyabrın 30-da təşkil olunacaq "Beşiktaş" - "Qalatasaray" matçı Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.